BAKI, 30 dekabr. TELEQRAF

ABŞ Dövlət Departamenti İranda davam edən etirazlar və ümummilli tətillərlə bağlı hökuməti bütün vətəndaşların hüquqlarına hörmət etməyə və onların legitim narahatlıqlarına cavab verməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin xarici siyasət qurumunun sosial media hesabında bildirilib.

“Paytaxtda məyusluq partlayış həddinə çatıb. Cəsur iranlılar İslam Respublikası rejiminin effektiv tədbirlər görməməsindən qaynaqlanan davamlı problemlərə etiraz olaraq küçələrə çıxıblar. ABŞ İslam Respublikası rejimini bütün iranlıların hüquqlarına hörmət etməyə və onların legitim narahatlıqlarına cavab verməyə çağırır”, - Dövlət Departamenti vurğulayıb.