BAKI, 1 oktyabr. TELEQRAF

ABŞ Konqresi maliyyələşdirmə üzrə yeni qanun layihəsini qəbul edə bilməsə, Milli Kosmos Agentliyi (NASA) potensial bağlanma təhlükəsi ilə üzləşəcək.

Teleqraf xəbər verir ki, bu, agentliyin böyük hissəsinin fəaliyyətini dayandırması və minlərlə işçinin maaş almadan işdən çıxarılması ilə nəticələnə bilər.

Mümkün gəlişmə agentliyin qarşıdakı “Artemis 2” missiyasına da təsir göstərəcək. NASA bu missiya üzrə Aya dörd astronavt göndərməyi planlaşdırır. Agentlik işləri davam etdirmək üçün icazə almağa hazırlaşır.