BAKI, 12 iyun. TELEQRAF
“Mən ABŞ ordusunun qarşıdakı günlərdə zəfərdən zəfərə addımlayacağına həmişəkindən daha çox inanıram”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donal Tramp "Truth Social" hesabında paylaşıb.
Tramp ABŞ-nin Yaxın Şərqdəki şəxsi heyətini azaltmaqla bağlı qərarından saatlar sonra belə bir açıqlama ilə çıxış etməsi diqqət cəlb edib.
O, ABŞ ordusunun yaxın günlərdə uğur qazanacağını bildirib: “Mən həmişəkindən daha çox inanıram ki, ABŞ ordusu gələcək günlərdə yeni qələbə qazanacaq”.
Tramp həmçinin ABŞ hərbçilərinin Yaxın Şərqi tərk etməsi ilə bağlı suala bir cümləlik cavab verib: "Hərbçi ailələrinin Yaxın Şərqi tərk etməsinin səbəbini tezliklə görəcəksiniz".
Qeyd edək ki, Tramp daha öncə İran və ABŞ arasında nüvə danışıqlarına razılaşma əldə olunmayacağı təqdirdə Tehranın əvvəllər heç vaxt görünməmiş şəkildə bombalayacaqlarını bildirib.
İranın müdafiə naziri Əziz Nəsirzadə isə cavabında ABŞ-nin bölgədəki bütün bazalarının İranın hücum dairəsində olduğunu deyib və əlavə edib.