BAKI, 11 sentyabr. TELEQRAF

"Ailə institutunun möhkəmlənməsi çox ciddi məsələdir. Biz qanunvericilik dəyişikliklərində müəyyən addımlar atmışıq".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Mehriban Vəliyeva deyib.

"Amma çox təəssüflər olsun ki, bu gün boşanmaların sayı həddindən artıq çoxdur", - deyə deputat bildirib.