BAKI, 15 may. TELEQRAF
"Demokratların “Trampa ikrah sindromundan” əziyyət çəkməsi məni məmnun edir".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə səfər edərkən təyyarədə “Fox News”un aparıcısı Şon Hennitiyə verdiyi müsahibəsində deyib.
"Düşünürəm ki, onların (demokratların – red.) bir çoxu indi harada olduqlarını bilmirlər. Düşünürəm ki, onlar nə edəcəklərini bilmirlər, məsələn, kişilərin qadın idmanında iştirak etməsi kimi", - Tramp bildirib.
Demokratların müxalifətdə ona qarşı birləşməsi ilə bağlı sualı cavablandırarkən Tramp deyib: "Onlar yüksək səviyyədə “Trampa ikrah sindromundan” əziyyət çəkirlər və bu, məni çox məmnun edir".
Tramp bir çox demokratların qadın idmanında transgender atletlərin iştirakı ilə bağlı mövqeyinə toxunaraq, bu məsələnin "99/1"ə olduğunu iddia edib.
"Onlar həmişə deyirlər ki, bu 80/20-dir... Bu məsələlərin çoxu 80/20-yə deyil. Bir tərəfdən, mən bu barədə danışmaq istəmirəm, çünki onları fikirlərindən döndərmək istəmirəm, çünki, əgər onlar normal olsaydılar, onları məğlub etmək daha çətin olardı. Bu göstərir ki, onlar dəlidilər", - Tramp əlavə edib.