
BAKI, 12 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə dörd günlük rəsmi səfərə yola düşüb.
Teleqraf-ın məlumatına görə, səfər Səudiyyə Ərəbistanından başlayacaq, daha sonra Tramp Qətər və Birləşmiş Ərəb Əmirliklərinə gedəcək.
Səfər çərçivəsində bir sıra regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Gözləntilərə görə, danışıqlarda İranın nüvə proqramı, Qəzza zolağındakı humanitar böhran, İsrail-HƏMAS münaqişəsi, Suriyadakı vəziyyət, həmçinin adıçəkilən ölkələrlə iqtisadi əməkdaşlıq və ticarət razılaşmaları əsas gündəm mövzuları olacaq.