BAKI, 25 aprel. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio sosial media hesabında qondarma erməni soyqırımı ilə bağlı paylaşım edib.

Teleqraf xəbər verir ki, Amerikanın baş diplomatı paylaşımında 1915-ci il hadisələri barədə “soyqırımı” ifadəsinə yer verib.

“Bu gün böyük soyqırımı (qondarma – red.) təkcə matəmlə deyil, həm də qətiyyətlə xatırlayırıq. Biz keçmişə hörmət edirik və Ermənistan və region üçün davamlı sülh, firavanlıq və təhlükəsizlik istiqamətində işləməyi səbirsizliklə gözləyirik”, - Rubio özünün "X" səhifəsində yazıb.

Marko Rubio konqresmen kimi fəaliyyət göstərdiyi dönəmdə ermənipərəst fəaliyyətləri ilə diqqət çəkmişdi.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 1915-ci il hadisələri ilə bağlı mesajında “soyqırımı” əvəzinə “böyük fəlakət” ifadəsinə yer vermişdi. Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar ABŞ-dən verilən bəyanatlara etiraz edib.