BAKI, 23 noyabr. TELEQRAF
İngiltərənin “Arsenal” klubu Belçika millisinin üzvü Maksim De Kuyperi transfer etmək istəyir.
Teleqraf xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.
London təmsilçisi 25 yaşlı sol cinah müdafiəçisinin çıxışını yaxından izləyir. Hazırda “Brayton”da forma geyinən futbolçunun transfer dəyərinin 60 milyon avro olduğu bildirilir.
“Arsenal”ın bu keçid uğrunda ciddi rəqabətlə üzləşəcəyi gözlənilir. Belə ki, “Liverpul”, PSJ, “Yuventus”, “Milan” və “Roma” da belçikalı futbolçu ilə maraqlanır.
Qeyd edək ki, Maksim De Kuyper 2026/27 mövsümündə “Brayton”un heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, Belçika millisinin heyətində isə UEFA Millətlər Liqasında 5 matçda iştirak edərək 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.