BAKI, 23 noyabr. TELEQRAF
Ukrayna pilotsuz uçuş aparatları (PUA) Tatarıstanda (Rusiya) Əlmət yaxınlığındakı neft çəninə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, uzun müddət davam edən hücum nəticəsində bir neçə obyektə ziyan dəyib. Hadisə zamanı ölən və yaralanan olmayıb.