BAKI, 23 noyabr. TELEQRAF
İtaliya şirkətləri ilə Azərbaycanın Ələt Azad İqtisadi Zonasında və sənaye parklarında əməkdaşlıq imkanları xüsusi qeyd edilməlidir.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, istehsalın logistika obyektlərinə yaxın ərazilərdə təşkili, təchizatın səmərəli qurulması və hədəf bazarların əvvəlcədən müəyyənləşdirilməsi layihələrin kommersiya perspektivlərini yaxşılaşdırılmasında önəm daşıyır:
“İnanırıq ki, İtaliya şirkətlərinin Azərbaycanda istehsal fəaliyyətini genişləndirməsi, müasir texnologiyaların tətbiqi və regional bazarlara çıxış imkanlarından istifadə ölkələrimiz arasında daha şaxələndirilmiş ticarət və investisiya tərəfdaşlığının inkişafına töhfə verəcək”.