BAKI, 23 noyabr. TELEQRAF

2026-cı ilin ilk doqquz ayında Azərbaycan və İtaliya arasında ticarətin həcmi 9 milyard ABŞ dollarından çox olub.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas ixrac bazarıdır:

“2025-ci ildə ikitərəfli ticarət dövriyyəmizin həcmi 12 milyard ABŞ dollarına yaxın olub.

Qeyri-neft ticarətinin genişlənməsi sahibkarlara Avropa bazarına çıxmağa, sənaye müəssisələrimizə isə istehsalı müasirləşdirməyə imkan verir.

Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir.

Azərbaycan İtaliya iqtisadiyyatına uzunmüddətli sərmayə yatırır. Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti (SOCAR) bu istiqamətdə böyük uğurlara imza atıb”.