BİLƏSUVAR, 23 noyabr. TELEQRAF
Rusiyanın Dağıstan Respublikasında tikinti işləri zamanı azərbaycanlı fəhlə ölüb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Dağıstanda inşa edilən çoxmərtəbəli yaşayış binasında baş verib.
Biləsuvar rayonundan olan, 1988-ci il təvəllüdlü Elnur Gülağa oğlu Abışov işlədiyi binada hündürlükdən yıxılıb. Aldığı xəsarətlər nəticəsində o, hadisə yerində ölüb.
Hadisənin başvermə şəraiti araşdırılır.