BAKI, 20 aprel. TELEQRAF
ABŞ Dövlət katibi Marko Rubio ölkə administrasiyasının Afrikadakı bir sıra diplomatik missiyaları bağlamaq da daxil olmaqla, Dövlət Departamentində irimiqyaslı ixtisarlar planları ilə bağlı “The New York Times” (NYT) tərəfindən dərc edilən xəbərləri təkzib edib.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşımında məlumat verib.
"Bu, saxta xəbərdir. "The New York Times" daha bir jurnalist saxtakarlığının qurbanı oldu", - Rubio yazıb.