.jpg)
BAKI, 10 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Qrenlandiyanı Amerikaya birləşdirmək istəyindən danışıb.
Teleqraf xəbər verir ki, o, dünyanın ən böyük adasına milyardlarla investisiya, yeni iş yerləri və iqtisadi artım vəd edib.
“İkinci Dünya müharibəsindən bəri olduğu kimi, sizi təhlükəsiz saxlamağa davam edəcəyik. Yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq. İstəyirsinizsə, dünyanın ən gözəl ölkəsi olan ABŞ-nin bir hissəsi ola bilərsiniz”, - Tramp vurğulayıb.