BAKI, 8 mart. TELEQRAF

"Biz keçmiş ölkə başçısı Co Baydenin dövründə başlayan istehsalın çöküşünü dayandırdıq".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Oval kabinetdə jurnalistlərə açıqlama verən Tramp qeyd edib ki, ABŞ nəinki istehsalın çöküşünü dayandırıb, həm də onu tez bir zamanda bərpa etməyə başlayıb. Onun sözlərinə görə, fevralda sənayedə 10 min yeni iş yeri yaranıb.

Tramp əlavə edib ki, şirkətlər dəyişiklikləri görür və genişlənməyə başlayır. İstehsal indeksləri ABŞ-nin yeni sənaye bumuna girdiyini təsdiqləyir.