BAKI, 12 noyabr. TELEQRAF
“İsrail hökumətinin Qəzza, Livan, Suriya və İordan çayının qərb sahilində hərbi əməliyyatlara başlamaq barədə göstəriş verməsi üçün müxalifətin və ya hüquqi qurumların təsdiqinə ehtiyacı yoxdur”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
“İsrail ordusu ilə İrana münasibətdə də tam koordinasiya şəraitində qətiyyətimizi və düzgün qərar qəbul etmək bacarığımızı nümayiş etdirmişik. Şərait tələb etdiyi zaman eyni yanaşmanı davam etdirəcəyik”, - müdafiə naziri əlavə edib.
İsrael Kats vurğulayıb ki, İsrailin təhlükəsizliyi siyasi prosesləri gözləmir, təhlükəsizlik məsələləri ilə bağlı qərarların qəbulu hökumətin, baş nazirin və müdafiə nazirinin səlahiyyətindədir.