BAKI, 12 noyabr. TELEQRAF

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 38 milyard 898,5 milyon ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu dövrdə 12206,7 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb.

2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 10,3 faiz artıb, real ifadədə isə 14,7 faiz azalıb.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 127 ölkəyə məhsul ixrac edilib, 169 ölkədən isə məhsul idxal olunub.