NAXÇIVAN, 12 noyabr. TELEQRAF

Naxçıvanda parkdan donmuş halda kişi tapılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəxsin donmuş bədəni şəhərin Təbriz küçəsində yerləşən Dədə Qorqud parkında aşkarlanıb.

Culfa rayon sakini, 1986-cı il təvəllüdlü Qəhrəmanov Rəşid Nizami oğlu xəstəxanaya çatdırılarkən aqonal vəziyyətdə olub.

Onun həyatını xilas etmək mümkün olmayıb.

40 yaşlı kişinin içki düşkünü olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.