BAKI, 12 noyabr. TELEQRAF

İngiltərə Premyer Liqasının üç klubu “Latsio”nun müdafiəçisini transfer etmək istəyir.

Teleqraf xəbər verir ki, “Mançester Yunayted”, “Liverpul” və “Nyukasl” İtaliyanın “Latsio” klubunda çıxış edən danimarkalı Oliver Provstqorla maraqlanır.

Bu barədə insayder Ekrem Konur sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin məlumatına görə, İngiltərə klubları yanvar transfer pəncərəsi öncəsi futbolçunun nümayəndələri ilə əlaqə saxlamağı planlaşdırır.

Qeyd edək ki, Provstqor bu mövsüm İtaliya çempionatında 10 oyun keçirib, 1 qol vurub və 3 sarı vərəqə alıb.