BAKI, 2 noyabr. TELEQRAF

“İran nüvə proqramı ilə bağlı ABŞ-nin bütün tələblərini rədd edib”.

Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərliyinə bağlı “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari Qətərin vasitəçiliyi ilə Vaşinqtonla aparılan danışıqları şərh edərkən deyib.

“Amerika nüvə proqramının danışıqlara daxil edilməsində israr edir. Amerikanın əsas tələbi İranda uranın zənginləşdirilmə səviyyəsinin aşağı salınması və nüvə obyektlərində yoxlamaların aparılmasına icazə verilməsidir”, - o bildirib.

Şəriətmədari iddia edib ki, Tehran rəsmiləri İranın Ali rəhbəri Müctəba Xameneinin mövqeyi əsasında ABŞ-nin bu planını rədd edərək, irəli sürdükləri yeddi şərtin yerinə yetirilməsində israr ediblər.