BAKI, 31 oktyabr. TELEQRAF
Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada atdığı dronlar məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad yaxınlığında dronların məhv edildiyini açıqlasa da, əlavə təfərrüat verməyib.