BAKI, 31 oktyabr. TELEQRAF

Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda sərhəd pozuntusuna müdaxilə zamanı açılan atəş nəticəsində yaralanan müqaviləli əsgər Yusuf Sait Ünlü həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Yaralı halda xəstəxanaya aparılan əsgərin həyatını xilas etmək mümkün olmayıb.