BAKI, 31 oktyabr. TELEQRAF

Azərbaycanın daha üç cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində bu gün tatami üzərinə çıxacaq.

Teleqraf xəbər verir ki, Uşanqi Kokauri və Camal Qamzatxanov (+100 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaqlar.

Qadın cüdoçumuz Mədinə Kaisinova (+78 kq) da eyni mərhələdə mübarizəyə başlayacaq. O, Özbəkistan təmsilçisi İrişxon Qurbanbayeva ilə qarşılaşacaq.

Qeyd edək ki, oktyabrın 29-da start götürən turnirdə Azərbaycan cüdoçuları indiyədək 4 medal qazanıblar. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medala sahib olublar.