BAKI, 31 oktyabr. TELEQRAF
Türkiyənin “Beşiktaş” və “Qalatasaray” klubları Moskva MOİK-in yarımmüdafiəçisi Matvey Kislyakı transfer etmək istəyir.
Teleqraf xəbər verir ki, bu barədə türkiyəli jurnalist Burak Eren “X” sosial şəbəkəsində məlumat yayıb.
İstanbul təmsilçiləri futbolçunu stadiondan canlı izləmək üçün nümayəndələrini göndəriblər. Lakin MOİK oyunçunu satmaqda maraqlı deyil və onun üçün 35-40 milyon avro tələb edir.
Transfermarkt portalı yarımmüdafiəçinin bazar dəyərini 25 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Kislyak bu mövsüm bütün turnirlərdə 16 matçda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Moskva klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.