BAKI, 31 oktyabr. TELEQRAF
Fransa Dövlət Şurası paytaxt Parisin mərkəzində həmkarlar ittifaqlarının nümayiş keçirməsinə qoyulan qadağanı bərpa edib.
Teleqraf xəbər verir ki, bu barədə “Le Monde” Dövlət Şurasının yekun qərarına istinadla məlumat yayıb.
Qeyd edilib ki, bununla əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz məqsədilə keçiriləcək yürüş paytaxtın şərqində - Port-de-Banyole və Port-de-Şaranton meydanları arasında baş tutacaq.
Hakimiyyət bu qərarla mümkün iğtişaşların qarşısını almağa çalışır.