BAKI, 31 oktyabr. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi Almaniya Kansleri Fridrix Mertsin Avropa İttifaqı iqtisadiyyatının müharibə səbəbindən 100 milyard avro itki ilə üzləşməsi və Tehranla danışıqlar aparılması barədə açıqlamasına reaksiya verib.

Teleqraf xəbər verir ki, nazir İrana zərər vurmağa çalışanlara qarşı “dağıdıcı zərbə” endiriləcəyini iddia edib.

“100 milyard avro İran silahlı qüvvələrinin xalqımıza zərər verməyə cəsarət edənlərə endirəcəyi dağıdıcı və sarsıdıcı zərbə ilə müqayisədə heç nədir. Artıq əvvəlki qırmızı xətlər keçmişdə qalıb”, - Əraqçi bildirib.

O qeyd edib ki, Almaniya Kansleri ilk günlərdən ABŞ və İsrailin İrana hücumunu dəstəkləyib. İran xarici işlər naziri Vaşinqtonla Təl-Əvivin “Avropanın çirkli işləri”ni gördüyünü də iddia edib.