BAKI, 31 oktyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasının X turunda daha 2 qarşılaşma baş tutacaq.
Teleqraf xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək.
Şamaxı şəhər stadionunda keçiriləcək görüşün baş hakimi Elvin Bayramov olacaq.
Günün növbəti oyununda isə “Qəbələ” “Qarabağ”la üz-üzə gələcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.
Qeyd edək ki, turun daha əvvəl keçirilən “Turan Tovuz” – “Sabah” matçında meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər. “Şamaxı” – “Neftçi” və “Kəpəz” – “İmişli” görüşləri sabah, “Sumqayıt” – “Şəfa” qarşılaşması isə noyabrın 2-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
X tur
31 oktyabr
15:00. “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı şəhər stadionu
17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Qəbələ şəhər stadionu