BAKI, 31 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp reper Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə təyin olunması təklifini nəzərdən keçirəcəyini bildirib.
Teleqraf xəbər verir ki, Amerika lideri bunu amerikalı jurnalist Benni Consona müsahibəsində deyib.
“Yaxşı fikirdir. Düşünürəm ki, bu barədə fikirləşməliyəm”, - Tramp vurğulayıb.
ABŞ Prezidenti Consonun da bu vəzifənin öhdəsindən yaxşı gələcəyini qeyd edib.
Oktyabrın 25-də Ağ Evin kommunikasiyalar direktoru Stiven Çun zarafatla Niki Minajın yeni mətbuat katibi vəzifəsinə təyin olunmasını təklif etmişdi.
Donald Tramp oktyabrın 25-də Miçiqan ştatında keçirilən mitinqdə Niki Minajın xarici görünüşü ilə bağlı diqqətçəkən ifadə işlədib: “Möhtəşəm bir omba gördüm - Niki Minaj. Bunu görməmək mümkün deyil”.
Daha sonra Minajdan ayağa qalxmasını istəyərək qeyd edib: “Ayağa qalx, Niki! Bunu hamı görməlidir”.
Minaj ayağa qalxanda Tramp sözlərinə əlavə edib: “Ümid edirəm, Niki inciməyib. Amma biz Nikini sevirik. O, uzun müddətdir bizimlədir”.
Açıqlama ABŞ mediasında geniş müzakirələrə səbəb olub.