BAKI, 31 oktyabr. TELEQRAF

İngiltərənin “Everton” klubunun futbolçusu Tierno Barrinin evi qarət olunub.

Teleqraf “Daily Mail”ə istinadla xəbər verir ki, hadisə 24 yaşlı hücumçunun İngiltərə Liqa Kubokunda “Nyukasl”la qarşılaşmada iştirak etdiyi vaxt baş verib.

Bildirilib ki, “Everton”un 3:1 hesablı qələbə qazandığı görüşdə qol vuran futbolçunun evinə oğru girib. Həmin vaxt evdə onun həyat yoldaşı Şarlin və bir yaşlı qızı olub.

Hazırda futbolçunun ailəsi hadisəni törədən şəxslərin müəyyənləşdirilməsi üçün ictimaiyyətə müraciət edib və məlumat verənlərə mükafat vəd edib.