BAKI, 22 oktyabr. TELEQRAF
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-yə ünvanladığı mesajda regiondakı Amerika bazalarına qarşı qarşıdurmanın genişləndiriləcəyi ilə bağlı təhdidini “ciddi xəbərdarlıq” adlandırıb.
Teleqraf xəbər verir ki, bəyanatda dənizdə insidentlərin artmasını ABŞ-nin gəmilərin bu marşrutla hərəkət etməsində israrı ilə əlaqələndirib.
“Bu tendensiya davam edərsə, qarşıdurma regiondakı təcavüzkar qüvvələrin bazalarına qədər genişlənəcək. Bu, ciddi xəbərdarlıqdır”, - SEPAH vurğulayıb.