BAKI, 22 oktyabr. TELEQRAF
ABŞ Yaxın Şərqdə münaqişəni uzatmaqla çətin vəziyyətə düşüb. Uzunmüddətli müharibə ABŞ-nin ziyanına olacaq.
Teleqraf xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi "Drop Site"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, İranın yeraltı zavodları və istehsal imkanları ölkəyə uzunmüddətli müharibə aparmağa şərait yaradır:
"İran qarşı tərəfə zərbə vurmaq imkanına malik olduğunu artıq nümayiş etdirib. Müharibəyə dözmək İranın xeyrinə, Amerikanın isə zərərinə olacaq".