BAKI, 22 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın yeni əməliyyatın başlanmasına icazə verməsini gözləyən Müharibə Departamenti (Pentaqon) fəal şəkildə qoşunlarını İran sərhədinə daha yaxın ərazilərə köçürür.

Teleqraf xəbər verir ki, bu barədə “Drop Site News” mənbələrə istinadla məlumat yayıb.

“ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək üçün hər şeyi qaydaya salır”, - adı açıqlanmayan amerikalı rəsmi bildirib.

O əlavə edib ki, Tramp İrana və “Ənsarallah” Hərəkatına (husilər) qarşı əməliyyatları artıq yeddi dəfə son anda ləğv edib.