BAKI, 22 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Mədinə şəhərində “Ənsarallah” Hərəkatı (husilər) tərəfindən atılmış dronlar məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü Türki əl-Maliki məlumat verib.
Açıqlamada hava hücumunun hədəfləri barədə məlumat qeyd edilməyib.