BAKI, 23 oktyabr. TELEQRAF
Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonunun Gelik qəsəbəsində özəl mədən şaxtasında qaz partlayışı baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Partlayış nəticəsində 2 nəfərin həlak olduğu, 5 nəfərin isə yaralandığı bildirilib.
Hadisə yerinə yanğınsöndürən və tibbi yardım briqadası göndərilib.