BAKI, 21 oktyabr. TELEQRAF
Pakistan Silahlı Qüvvələrinin baş komandanı feldmarşal Asim Münirin Tehranda keçirdiyi görüşlər Səudiyyə Ərəbistanının təhlükəsizliyi və danışıqlar üçün yeni yolun açılması imkanları da daxil olmaqla bir sıra məsələlərə həsr olunub.
Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” diplomatik mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Asim Münir danışıqlar zamanı Səudiyyə Ərəbistanı məsələsinin son dərəcə böyük əhəmiyyət daşıdığını qeyd edib.
Diplomatik mənbələr “Al Arabiya”ya deyiblər ki, Pakistan ordusunun komandanının İrandakı görüşlərinin digər əsas mövzularından biri də ABŞ ilə danışıqlar üçün yeni yolun açılması imkanlarının nəzərdən keçirilməsi olub.
Pakistan Silahlı Qüvvələrinin baş komandanı İran rəhbərliyinə ABŞ-nin sərt xəbərdarlığını da çatdırıb.
Mənbələr həmçinin Asim Manirin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ilə görüşünün əsas məqsədinin gərginliyin azaldılması olduğunu bildiriblər. Feldmarşal danışıqlar zamanı İslamabadın milli təhlükəsizlik məsələsində güzəştə getməyəcəyini vurğulayıb.
Asim Münir Tehranın nüvə məsələsində daha çevik olmalı olduğunu da İran rəsmilərinin diqqətinə çatdırıb.