BAKI, 22 oktyabr. TELEQRAF
"Ənsar Allah" hərəkatı (husilər) Ər-Riyadda Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasına ballistik raketlə zərbə endirdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səri bildirib.
Onun sözlərinə görə, husilər son 48 saat ərzində ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə etməklə dörd hərbi əməliyyat həyata keçiriblər, onlardan birincisi Səudiyyə Ərəbistanının paytaxtındakı Müdafiə Nazirliyinin binasına yönəlmişdi.
Bundan əlavə, husilər ölkənin qərbindəki Yanbu şəhərində Səudiyyənin "Saudi Aramco" neft şirkətinin infrastrukturuna hücum ediblər.