BAKI, 21 oktyabr. TELEQRAF
Türkiyə müdafiə naziri Yaşar Gülərin Dohaya səfəri zamanı Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında Bədr Anlaşma Memorandumu imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Anlaşma Memorandumunu Türkiyə müdafiə naziri Yaşar Gülər, Qətər baş nazirinin müavini və müdafiə məsələləri üzrə dövlət naziri Şeyx Səud bin Əbdürrəhman bin Həsən əl Tani, İndoneziya müdafiə nazirinin müavini Yusif Cauhari və Pakistan müdafiə naziri Xavaca Məhəmməd Asif imzalayıb.