BAKI, 21 oktyabr. TELEQRAF

Kanada Baş naziri Mark Karni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə oktyabrın 22-23-də rəsmi səfərlə Ankarada olacaq.

Teleqraf xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanettin Duran bildirib.

Duran səfər çərçivəsində iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinin nəzərdə tutulduğunu vurğulayıb.