BAKI, 16 sentyabr. TELEQRAF
Küveyt Yəmənin üsyançı “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanının Məkkə şəhərini dronla hədəfə almaq cəhdini pisləyib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Biz Səudiyyə Ərəbistanının yanındayıq və onun suverenliyini və təhlükəsizliyini, eləcə də müsəlmanların müqəddəs məkanlarını qorumaq üçün bütün addımlarını dəstəkləyirik”, - Küveyt XİN vurğulayıb.