BAKI, 4 noyabr. TELEQRAF
2026-cı ilin ötən dövründə bank sektoru sabit fəaliyyəti davam etdirib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.
O bildirib ki, bank sektorunda məcmu kapital adekvatlıq səviyyəsi 16.7% və likvidliyin örtülmə əmsalı 156% olmaqla normativləri əhəmiyyətli üstələyib, sektor mənfəətlə fəaliyyət göstərib:
“Bank sektorunun aktivləri genişlənməsi iqtisadi fəaliyyətə dəstək verib. Belə ki, bank sektorunun aktivləri 10 ayda 15.1% artaraq 65.7 milyard manata çatıb. Kredit portfeli 14% artaraq 34.3 milyard manata çatıb. Bu dövrdə bank sektorunda qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cəmi 2.7% olub”.