BAKI, 4 noyabr. TELEQRAF
İllik inflasiyanın hədəf daxilində olacağı gözlənilir. Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflasiya 2027-ci ildə 5,9% səviyyəsində qərarlaşacaq.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, ümumilikdə, 2027-ci il və orta müddətli dövr üçün təqdim edilən makrofiskal çərçivəni müsbət qiymətləndiririk. Dövlət xərclərinin konservativ artımı və optimallaşdırılması, neft transferlərinin mərhələli azaldılması, büdcəyə gəlirlərindən geri neft mənbələrinin payının artırılması, habelə büdcə kəsirin və dövlət borcunun idarə olunan səviyyədə saxlanılması fiskal dayanıqlığın gücləndirilməsinə xidmət edir. Büdcə xərclərinin effektivliyinin artırılması fiskal multiplikatordunun yaxşılaşdırılmasına xidmət edəcəyinə inanırıq”.
Taleh Kazımov bildirib ki, neftin dünya bazarında qiymətin müvəqqəti yüksəlməsinə baxmayaraq, 2027-ci il üçün neft qiymətinin konservativ götürülməsini müsbət qiymətləndiririk. Hasilatın azalması və enerji bazarlarında uzunmüddətli qeyri-müəyyənliklər şəraitində neft gəlirlərindən asılılığın azaldılması mühüm əhəmiyyət daşıyır.
2027-ci ildə də büdcə kəsirin əsasən daxili və xarici borclanma hesabına maliyyələşdirəcəyi gözlənilir. Bunu nəzərə alaraq fiskal siyasətinin inflasiyaya əhəmiyyətli təsiri etməyəcəyi gözlənilir.