BAKI, 4 noyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında XI tur “Zəfər turu” elan olunub.

Teleqraf xəbər verir ki, Vətən müharibəsində qazanılan şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar noyabrın 6-8-də keçiriləcək turun bütün oyunları “Zəfər turu” adı altında təşkil olunacaq.

Bununla bağlı qarşılaşmalardan əvvəl stadionlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək.