BAKI, 16 sentyabr. TELEQRAF

“Yəmənin “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanının Məkkə şəhərinə hücum etmək niyyəti yoxdur”.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya deyib.

Açıqlamada Məkkənin hədəfə alınması ilə bağlı məlumatlar “yalan” adlandırılıb və Yəməndən müqəddəs məkanlara heç bir təhdidin olmadığı iddia edilib.

“Ənsarallah”ın nümayəndəsi əməliyyatların müqəddəs məkanlardan uzaqda yerləşən Səudiyyə Ərəbistanının neft obyektləri və hərbi bazalarına yönəlik olduğunu bildirib.