BAKI, 16 sentyabr. TELEQRAF

“Ənsarallah” Hərəkatı (husilər) Yəmənin Mərib vilayətinin hava məkanında Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcısını vurub.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya bildirib.

Husilərin nümayəndəsi qırıcıya yerli istehsal raketlə zərbə endirildiyini iddia edib.

“Bütün imkanlardan istifadə etməklə Yəmənin hava məkanını və suverenliyini istənilən hücum qarşısında müdafiə edəcəyik və Yəmənin hava məkanının pozulmasına imkan verməyəcəyik”, - Səriya vurğulayıb.

“Ənsarallah” həmçinin Səudiyyə Ərəbistanının son bir həftədə qırıcı təyyarələrlə Taiz, Lahc, Əl-Cövf, Həccah, Mərib, Səada və Əl-Beyda əyalətlərinə 450-dən çox hava hücumu həyata keçirdiyini qeyd edib.