BAKI, 14 avqust. TELEQRAF
İraq Silahlı Qüvvələri Ərbil şəhərinə hücum edən üç dronu aşkarlayaraq məhv edib. Ölkənin təhlükəsizlik orqanları PUA-ların İraq ərazisindən buraxıldığına dair heç bir əlamətin olmadığını bildiriblər.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” məlumat yayıb.
Hücumun məsuliyyətini hələlik heç bir tərəf üzərinə götürməyib. Həmçinin PUA-ların hansı hədəflərə doğru hərəkət etdiyi də məlum deyil.
Xatırladaq ki, bundan əvvəl mediada İraqın şimalına hücumun İran ərazisindən təşkil edildiyinə dair məlumat yayılmışdı.