BAKI, 12 oktyabr. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan omanlı həmkarı Bədr əl-Busaidi ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər regionda baş verən son hadisələri müzakirə ediblər. A.Mirzoyan Yaxın Şərqdəki vəziyyətlə maraqlanıb və problemlərin diplomatik yolla həllinə ümid etdiyini bildirib.

Ararat Mirzoyan həmkarına Ermənistanla Azərbaycan arasında əldə olunmuş sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib.

Nazirlər, həmçinin regional əməkdaşlığın gücləndirilməsinə yönələn çoxtərəfli platformalardakı məsələləri müzakirə ediblər.