BAKI, 8 oktyabr. TELEQRAF

“İranın nüvə proqramı ABŞ ilə dolayı danışıqların gündəliyinə daxil edilməyib”.

Teleqraf xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib.

“Nüvə proqramı ilə bağlı danışıqlar gündəmdə deyil, amerikalıların açıqlamaları çarəsizlikdən qaynaqlanır”, - qurum rəhbəri bildirib.