BAKI, 8 oktyabr. TELEQRAF

Yəmənin Hadramaut vilayətində “Əl-Qaidə” terror təşkilatının üzvlərinin olduğu avtomobilə zərbə endirilib.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News Arabia” Yəmən mənbələrinə istinadla məlumat yayıb.

Hava hücumunun ABŞ ordusu tərəfindən həyata keçirildiyi bildirilib.