BAKI, 12 oktyabr. TELEQRAF
Çinin xarici işlər naziri Van İ oktyabrın 14-dən 20-dək Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Van İ oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısında Çin lideri Si Cinpinin xüsusi nümayəndəsi kimi iştirak edəcək.