BAKI, 9 oktyabr. TELEQRAF

“İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri artıq Londondakı plastik cərrahlarının, Parisdəki məşuqələrinin və Cenevrədəki pullarının yanına gedə bilməyəcəklər”.

Teleqraf xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent “Newsmax” telekanalına müsahibəsində deyib.

“Əgər İslam Respublikasını bu qədər sevirlərsə, elə orada ilişib qalıblar, bundan həzz ala bilərlər”, - nazir qeyd edib.

Bessent bildirib ki, Donald Tramp administrasiyasının İranı təcrid siyasəti maliyyə sanksiyalarından daha genişdir: “Hökumət rəsmilərinin xarici ölkələrə səfərlərinin məhdudlaşdırılması da bu proqramın bir hissəsidir”.

Nazir ABŞ-nin son addımlarının SEPAH üzvləri arasında narahatlıq və çaşqınlıq yaratdığını vurğulayıb.

Bessent əlavə edib ki, Vaşinqtonun İrana qarşı həyata keçirdiyi tədbirlərin tarixdə analoqu yoxdur.